...

Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

Siyasət Materials 30 Yanvar 2021 15:33 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam verib.

Trend xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:

Xəlilov Təmkin Həsən oğlu – Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi

Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Novruzov Qulu Novruz oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti