...

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeronda bir sıra sosial obyektlərin, həmçinin Yasamalda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 1 Fevral 2021 16:01 (UTC +04:00)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeronda bir sıra sosial obyektlərin, həmçinin Yasamalda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər.

Trend xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Qeyd edək ki, ötən ilin birinci rübündən pandemiya, sonuncu rübündən – postmünaqişə dövrü müxtəlif istiqamətlərdə həyata keçirilən siyasətə yeni reallıqdan baxılmasını şərtləndirib. Xırdalanda açılışı nəzərdə tutulan sosial-iqtisadi obyektlər bir daha sübut edir ki, istənilən çağırış və təsirlərə baxmayaraq, regional inkişaf strategiyası ardıcıl həyata keçirilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti