...

ATƏT-in tədbirində Azərbaycan multikulturalizmindən danışılıb (FOTO)

Siyasət Materials 3 Fevral 2021 13:23 (UTC +04:00)

Bakı. Trend:

ATƏT-ə hazırda sədrlik edən İsveç hökumətinin təşkilatçılığı və qurumun Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin dəstəyi ilə regionun antisemitizmlə mübarizə mövzusunda expert iclası keçirilib.

Fevralın 1-2 tarixlərində keçirilən iclasda müzakirə olunan əsas məsələlər anti-semitizmin qarşısının alınması və yəhudi icmalarının təhlükəsizliyinin effektiv qorunması sahəsində ən yaxşı təcrübələrin paylaşılması, habelə anti-semitizm, irqçilik və dözümsüzlüklə mübarizə məqsədilə geniş koalisiyaların qurulması olub.

İclasda ATƏT-in sədri və İsveçin Xarici İşlər Naziri Ann Linde, qurumun Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə Xüsusi elçisi səfir Ulrika Sundberg, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin direktoru Matteo Mekakki, BMT-nin Din Azadlığı üzrə Xüsusi məruzəçisi Ahmed Şahid çıxış edib. Tədbirdə ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya və digər ölkələrin hökumətlərinin rəsmi şəxsləri, BMT, Avropa İttifaqi, UNESCO, Avropa Şurası, Dünya Yəhudi Konqresi və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

ATƏT-in ekspert iclasında Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəhim Rəhimov çıxış edib. O, anti-semitizmlə mübarizədə ayrı-ayrı ölkələrin xüsusiyyətlərinin nəzərə alınmasının zərurilini qeyd edib və Azərbaycanın antisemitizmlə mübarizə sahəsində əldə etdiyi təcrübədən danışaraq bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu sahədə əsas fəaliyyəti dövlət siyasətinin icra edilməsinə yönəlib. BBMM-in əməkdaşı Mərkəzin ali məktəblər üçün hazırladığı multikulturalizm dərsliklərinin əhəmiyyətindən də söz açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti