...

Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib - Səfir

Siyasət Materials 5 Fevral 2021 17:54 (UTC +04:00)
Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib - Səfir

Bakı. Elçin Mehdiyev – Trend:

Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün səylərini əsirgəməyib.

Trend-in məlumatına görə, bunu Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Səfir xalqlarımız arasında münasibətlərin qədim tarixi olduğunu deyib. O bildirib ki, yüksək səviyyəli siyasi münasibətlərin mövcudluğu xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb. İqtisadi, mədəni, humanitar sahələrdə də əməkdaşlığımız günbəgün inkişaf edir: “Biz parlamentlər səviyyəsində də əlaqələrimizi intensivləşdirmək niyyətindəyik”.

Qonaq Gürcüstan parlamentinin fəaliyyəti haqqında məlumat verərək deputatların müxtəlif platformalarda görüşlərinin və qarşılıqlı səfərlərinin önəmini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti