...

Prezident İlham Əliyevin gələcəyə baxışı bu tarixi nailiyyətin gerçəkləşməsinə böyük təkan verdi - BP-nin regional prezidenti

Siyasət Materials 11 Fevral 2021 23:08 (UTC +04:00)
Prezident İlham Əliyevin gələcəyə baxışı bu tarixi nailiyyətin gerçəkləşməsinə böyük təkan verdi - BP-nin regional prezidenti

Bakı. Trend:

Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Xəzər dənizindən birbaşa Avropaya nəql olunur.

Trend-in məlumatına görə, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclasında deyib.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz bu strateji uğur münasibətilə təbriklərini çatdıraraq bildirib:

"Prezident Əliyevin liderliyi, eləcə də ölkəsi və bütün region üçün gələcəyə baxışı bu tarixi nailiyyətin gerçəkləşməsinə böyük təkan verdi. Onun şəxsi səyləri dünya neft və qaz sənayesində ən mürəkkəb layihələrdən birinə çevrilmiş bir layihənin uğurla həyata keçməsi üçün həlledici rol oynayıb. BP şirkəti olaraq biz qarşıdan gələn onilliklər boyunca regiondakı və Avropadakı insanlara fayda gətirəcək bu layihənin bütün hissələrində iştirak etməkdən böyük qürur duyuruq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti