...

Minaatan batareyalarının döyüş atışlı təlim məşqləri davam edir (FOTO/VİDEO)

Siyasət Materials 19 Fevral 2021 17:21 (UTC +04:00)
Minaatan batareyalarının döyüş atışlı təlim məşqləri davam edir (FOTO/VİDEO)

Bakı. Trend:

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirir.

Hərbi qulluqçular həmçinin müxtəlif məsafələrdə yerləşən hədəflərin minaatanlardan vurulması üzrə tapşırıqları icra edir.

Təlim məşqləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti