...

Ermənistanda Azərbaycana qarşı 3 dəfə "İsgəndər" raketindən istifadənin etirafı, əslində hərbi cinayətlərin etirafıdır - Deputat

Siyasət Materials 24 Fevral 2021 19:01 (UTC +04:00)
Ermənistanda Azərbaycana qarşı 3 dəfə "İsgəndər" raketindən istifadənin etirafı, əslində hərbi cinayətlərin etirafıdır - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan müharibə dövründə bütün hərbi cinayətləri törədib, bütün rəzilliklərə imza atıb. Amma bir müddət bunu inkar edirdilər. Deyirdilər, guya normal, sivil müharibə aparıblar. İndi isə görünən budur ki, artıq etiraf mərhələsi başlayıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, əvvəl Paşinyan "1in.am"-a açıqlamasında söylədi ki, ikinci Qarabağ müharibəsində "İsgəndər" raketi atmışıq, sadəcə partlamayıb:

"İndi də mediamaqnat Qebrelyanov bütün paxırları açaraq söyləyir ki, həmin raketdən düz 3 dəfə istifadəyə cəhd olub və onlardan biri reallaşıb. Lap dəqiqi, raket Şuşaya atılıb. Ermənistan tərəfindən. Bax, bu ermənilər belə yaramaz ünsürlərdir. Terrorist, qatil, manyak xislətində olan biriləridir. Müharibədə də özlərini əsl vəhşi kimi göstərdilər. Gah Gəncəni vurdular, gah hərbi əməliyyat getməyən digər bölgələri. Ona görə də adları ilə çağırırıq və deyirik ki, vəhşidir bunlar. Gerçək vəhşi. Üstəlik, Birinci Qarabağ müharibəsində də həmin vəhşilikləri etmişdilər, Xocalı faciəsini törətmişdilər, körpə uşaqların qanını tökmüşdülər, qızlara, qadınlara, ağsaqqallara, ağbirçəklərə dəhşətli zülmlər vermişdilər. Nəyə görə? Çünki onlar daim kiminsə cibində, ətəyində gizləniblər. Çünki onlarda rəqiblə mərdi-mərdanə, üzbəüz döyüşmək ənənəsi bineyi - qədimdən mövcud deyil".

E.Musayev bildirib ki, hazırkı Ermənistanda isə yeni bir mərhələ - ifşa prosesi başlayıb:

"Səbəb də aydındır - Məhv olublar. Dizlərini yerə qoyublar. Uduzublar. Ona görə çaşqındırlar, sistemsizdirlər, koordinasiyasızdırlar. Ona görə Paşinyan komandasında da, müxalifətdə də hamı məsuliyyəti öz üzərindən atmağa çalışır. Azərbaycanın "dəmir yumruğu" Ermənistanın başını necə əzibsə yağı düşmən nakautdan qalxa bilmir, qalxmaq istəyərkən səndələyib yenə yıxılır, müvazinətini saxlaya bilmir. Üstəlik, proqnoz edilən də budur ki, Ermənistanın daha dərin fiaskosu və rəzaləti hələ qarşıdadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti