...

Ermənistanda hərbi çevrilişə cəhd - Paşinyan tərəfdarlarını meydanlara çağırdı

Siyasət Materials 25 Fevral 2021 12:28 (UTC +04:00)
Ermənistanda hərbi çevrilişə cəhd  - Paşinyan tərəfdarlarını meydanlara çağırdı

Bakı. Asif Mehman -Trend:

Baş Qərargahın açıqlaması hərbi çevrilişə cəhddir.

Trend-in məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Baş nazir bütün tərəfdarlarını Yerevandakı "Azadlıq" meydanına gəlməyə çağırıb. O, yaxın zamanda canlı yayımla xalqa müraciət edəcəyini bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin baş qərargahı ölkənin baş naziri Nikol Paşinyanı istefaya çağırıb. Daha sonra Paşinyan Baş Qərargah rəisini vəzifəsindən azad edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti