Bakı. Asif Mehman -Trend:
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin mətbuat konfransında deyib.
Gürcüstandakı hökumət dəyişikliyi səbəbilə təxirə salınan üçtərəfli görüşümüzü yenidən keçirməyi planlaşdırırıq:
"Qafqazda sülh və barış bizim üçün önəmlidir. Necə ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, eləcə də Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik".