...

Regionun inkişafı baxımından yeni imkanlar yaranıb - Ceyhun Bayramov

Siyasət Materials 10 Mart 2021 13:06 (UTC +04:00)
Regionun inkişafı baxımından yeni imkanlar yaranıb - Ceyhun Bayramov

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi nəticəsində regionda yeni vəziyyət yaranıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, regionun inkişafı baxımından yeni imkanlar yaranıb. O qeyd edib ki, Azərbaycan sərhədlərin toxunulmazlığı şəraitində birgəyaşayışı dəstəkləyir.
Nazir qeyd edib ki, Azərbaycan hazırkı dövrü postkonflikt dövrü kimi dəyərləndirir.

C.Bayramov deyib ki, Prezident İlham Əliyev tərəfindən bu dövrdə işğaldan azad edilmiş ərazilərdə dost və tərəfdaş ölkələrlə birgə çalışılacağı elan olunub: “Macarıstanın bu sahədə fəaliyyəti kifayət qədər geniş müzakirə olunub. Macarıstan tərəfindən atılan konkret addımlar yüksək dəyərləndirilir. Macarıstana məxsus "EximBank" işğaldan azad olunmuş ərazilərdəki macar şirkətlərinə 100 milyon dollar ayırıb. Eyni zamanda Azərbaycan tərəfi Macarıstanın işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi ilə bağlı ianəsini yüksək dəyərləndirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti