...

Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi - Hikmət Hacıyev

Siyasət Materials 13 Mart 2021 23:09 (UTC +04:00)
Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi - Hikmət Hacıyev

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində Ağdamın Şahbulaq qalası ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, Hikmət Hacıyev paylaşımda bu sözləri yazıb: “Şahbulaq. Ağdam. Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonuna səfər ediblər. Media orqanı və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları səfərdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri müşayiət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti