...

Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi ciddi şəkildə pislənməlidir - Hikmət Hacıyev

Siyasət Materials 18 Mart 2021 09:32 (UTC +04:00)
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi ciddi şəkildə pislənməlidir - Hikmət Hacıyev

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistanın minalanmış ərazilərlə bağlı məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində bildirib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması fərq qoymadan insanları öldürür, iqtisadiyyata və ətraf mühitə ciddi ziyan vurur:

“Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina edir. Ermənistanın bu məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti