...

Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səyahət qardaşlıq bağlarını daha da möhkəmləndirəcək - XİN

Siyasət Materials 29 Mart 2021 12:35 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

2020-ci il dekabrın 10-da Bakıda imzalanmış Türkiyə və Azərbaycan hökumətləri arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək:

"Beləliklə, hər iki ölkənin vətəndaşları Türkiyə və Azərbaycan arasında səyahətlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə göstərməklə edə biləcəklər. Azərbaycanla 1 aprel 2021-ci il tarixi etibarı ilə həyata keçəcək yeni qayda ölkələrimiz arasında “iki dövlət, tək millət” şüarında ifadə edilən güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti