...

Türk Şurası ölkələri liderlərinin Zirvə görüşü başlayıb

Siyasət Materials 31 Mart 2021 16:04 (UTC +04:00)

Bakı. Trend:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin liderlərinin qeyri-formal görüşü başlayıb.

Trend xəbər verir ki, videokonfrans formatında keçirilən Zirvə Görüşünə Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistan prezidentləri ilə bərabər Macarıstanın Baş naziri də qatılıb.

Zirvə Görüşünün yekununda birgə Türküstan deklarasiyası qəbul olunacaq.

Bu deklarasiya çərçivəsində qədim Türküstan şəhəri “Türk dünyasının mənəvi paytaxtı” elan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti