...

Deputatlarımız Bolqarıstana gedir

Siyasət Materials 1 Aprel 2021 12:15 (UTC +04:00)
Deputatlarımız Bolqarıstana gedir

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün aprelin 2-də bu ölkənin paytaxtı Sofiya şəhərinə səfər edəcəklər.

Trend-in məlumatına görə, Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, Rauf Əliyev isə Milli Məclisin xətti ilə seçkiləri izləyəcəklər.

Aprelin 4-də keçiriləcək seçkilər zamanı deputatlarımız bir sıra məntəqələrdə olacaq, orada yaradılmış şəraitə, seçicilərin fəallığına diqqət yetirəcək, prosesin gedişini müşahidə edəcəklər.

Səfər aprelin 6-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti