...

“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər müzakirə olunub (VİDEO)

Siyasət Materials 10 Aprel 2021 14:12 (UTC +04:00)
“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli  görüşlər müzakirə olunub (VİDEO)

Bakı. Trend:

BMT qurumları ilə bizim ənənəvi sıx əlaqələrimiz olub və bu əlaqələr davam edir. Müharibədən sonrakı dövr ərzində təmaslar daha fəal olub və bu təmaslar davam etdiriləcək və əlbəttə ki, bundan sonra BMT dünyanın aparıcı qurumu kimi postmünaqişə dövründə də fəal olmalıdır.

Bu fikri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən söyləyib.

Trend xəbər verir ki, aprelin 9-da efirə gedən AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər və 44 günlük vətən müharibəsinin yaratdığı yeni reallıqlar olub. Rövşən Məmmədovun təqdimatında yayımlanan verilişdə Ermənistandakı ictimai-siyasi vəziyyətə də toxunulub.

Verilişin qonaqlarından Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, keçirilən görüşlərdə Azərbaycan Prezidentinin təşəbbülərinin yüksək qiymətləndirildiyinin şahidi olduq. Millət vəkili Rəşad Mahmudov isə qeyd edib ki, Azərbaycan COVİD-lə mübarizədə qlobal səviyyədə müabrizə aparır və öz nəticələrini verir. Akademik Kamal Abdulla da bildirib ki, postmüharibə dövründə əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin necə vəhşiliklər törətdiklərini gözləri ilə görürlər. Çıxışlarda qeyd olunub ki, mənfur düşmənin tarixi və dini məkanları, məscidləri, qəbiristanlıqları dağıtması islamofobiyanın və vandalizmin təzahürüdür.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.

İnformasiya dəstəkçisi TREND

Məqalədə:
Xəbər lenti

Xəbər lenti