...

Türkə, türk millətinə "soyqırımı" ifadəsini yapışdıra bilməzsiniz, bütün dəlillər Qarabağdadır - Ərdoğan

Siyasət Materials 26 Aprel 2021 20:06 (UTC +04:00)
Türkə, türk millətinə "soyqırımı" ifadəsini yapışdıra bilməzsiniz, bütün dəlillər Qarabağdadır - Ərdoğan

Bakı. Alpər Ziya - Trend:

Türkə, türk millətinə "soyqırımı" ifadəsini yapışdıra bilməzsiniz, bütün dəlillər Qarabağdadır.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenin qondarma "erməni soyqırımının ildönümü" münasibətilə "soyqırımı" ifadəsini işlətməsinə münasibət bildirərkən deyib.

Ərdoğan bildirib: "Ermənilərin Dağlıq Qarabağ və Azərbaycan şəhərlərində etdikləri ortadadır. Minsk Qrupu üçlüyü yaradılmışdı. Bu qrupda kimlər vardı? ABŞ, Rusiya və Fransa. Bunlar 30 il ərzində Qarabağı işğaldan qurtara bilmədi və 1 milyondan çox azərbaycanlı qardaşlarımız nə yazıq ki, öz yurdlarını tərk etmək məcburiyətində qaldı. Bütün Qarabağ yandırıldı, dağıdıldı. Əgər "soyqırımı" deyirsinizsə, güzgüyə baxın. Bütün dəlillər Qarabağdadır. Bütün bunlar ortadaykən, sizlər qalxıb türkə, türk millətinə soyqırımı ifadəsini yapışdıra bilməzsiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti