...

Baş Konsulluq Kaliforniya senatorunu üzr istəməyə çağırıb

Siyasət Materials 27 Aprel 2021 12:45 (UTC +04:00)
Baş Konsulluq Kaliforniya senatorunu üzr istəməyə çağırıb

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın Kaliforniya ştatının senatoru Entoni Portantino daşnakları, irqçiliyi dəstəklədiyinə və etnik zorakılığa çağırış etdiyinə görə üzr istəməlidir.

Trend-in məlumatına görə, bu, Azərbaycanın Los-Ancelsdəki Baş konsulluğunun "Twitter" səhifəsində yazılıb.

Qeyd olunub ki, senator Los-Ancelesdə Azərbaycan bayrağına bürüdülmüş manekenin "edam" olunması mərasimində iştirak edib.

Baş konsulluq bu addımın utancverici olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti