...

Xarici İşlər Nazirliyi İsrailə başsağlığı verib

Siyasət Materials 30 Aprel 2021 12:59 (UTC +04:00)
Xarici İşlər Nazirliyi İsrailə başsağlığı verib

Bakı. Orxan Nəbiyev - Trend:

Xarici İşlər Nazirliyi (XİN) Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini mərasimi zamanı yaranan izdihamda 44 nəfərin ölümü ilə bağlı İsrailə başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində yazılıb.

Məlumatda bildirilir: "Meron dağında baş vermiş faciəvi hadisə bizi çox kədərləndirdi. Dəhşətli hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzu edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti