...

Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat

Siyasət Materials 12 May 2021 09:17 (UTC +04:00)
Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Faşist Njde ermənilərin ideoloqudur, ermənilər üçün örnəkdir, ermənilərin başqa bir tayıdır. Ona görə də həmin terrorçu faşist həyatda olmasa da onun ruhu ilə qidalanırlar, onu təbliğ edirlər, ona abidələr, heykəllər ucaldırlar.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, ermənilər hara gedirlərsə, öz arxalarınca Njdenin heykəlini aparırlar, gəzdirirlər: "Bilirsinizmi niyə? Çünki təfəkkürləri Njdenin təfəkkürünə yaxındır, çünki bunlar da faşistdir, çünki Njdenin uzun illər əvvəl elədiyi naqislikləri ermənilər də Xocalıda ediblər, Qarabağın digər bölgələrində ediblər. Çünki Njde öz yaramaz, terrorçu, faşist, təxribatçı ənənələrini ermənilərə miras qoyub gedib".

Deputat vurğulayıb ki, Njde təəssübkeşliyi onsuz da rəzil olan erməniləri daha da rəzil edir:

"Onun heykəlləri isə ermənilərin eskizidir. Ermənilər Njdenin simasında özlərini gördükləri üçün, Njdenin obrazını öz obrazlarına bənzətdikləri üçün həmin faşistin heykəlinin ya da heykəllərinin dağıdılma, ləğv edilmə məsələsinə bu qədər həssasiyyətlə yanaşırlar. Çünki dədələri, babaları kimi baxırlar, Njdeyə. Çünki genetik əjdadları kimi baxırlar, insan qatili olan Njdeyə. Fəqət, Njde varisləri olan ermənilər bir məsələni və reallığı dərk etsinlər ki, bu ənənəni, bu ideologiyanı Qarabağ torpaqlarında yaşada, davam etdirə bilməyəcəklər. Qarabağ məmləkətində belə faşist yaramazlara aid nə varsa söküləcək və tarixin arxivinə, hətta birbaşa zibilliyinə gömüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti