...

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir - XİN

Siyasət Materials 18 May 2021 16:28 (UTC +04:00)
Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir - XİN

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Nazirlik bildirib ki, Moskva hərbi və sərhəd xidmətləri xətti ilə operativ təmasları dəstəkləyir:

"Biz Azərbaycanla Ermənistan arasında sərhədyanı insidentlə bağlı yaranmış vəziyyəti diqqətlə izləməkdə davam edirik. Rusiya tərəfi ali və yüksək səviyyələrdə müntəzəm təmaslar çərçivəsində Bakı və Yerevana gərginliyin azaldılmasında kömək göstərir. Ölkələrimizin hərbi və sərhəd xidmətləri xətti ilə operativ təmaslar yaradılır".

Bəyanatda qeyd olunur ki, Rusiya atəşkəs rejiminə əməl olunmasının, eləcə də 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatın müddəalarını icra etməyin zərurətini təsdiq edir:

"Hesab edirik ki, bu cür insidentlər danışıqlar yolu ilə həll edilməlidir. Bunun uzunmüddətli həlli kimi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasını görürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti