Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO/VİDEO)

Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO/VİDEO)

Mayın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Belarusun nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.
Qonaqlar, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını Şəhidlər Xiyabanında ziyarət edərək əklil və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Azərbaycan və Belarus hərbi nümayəndə heyətləri arasında geniş tərkibdə görüş keçirilib.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov vurğulayıb ki, dövlət başçılarının yaxın dostluq əlaqələri ölkələrimiz və xalqlarımız arasında səmimi və qarşılıqlı inam ənənələrinə söykənir. Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Hərbi-texniki və hərbi təhsil sahələrində Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər uğurla inkişaf edir.
Regiondakı siyasi və təhlükəsizlik məsələlərinə toxunan Azərbaycanın Müdafiə naziri müxtəlif beynəlxalq platformalarda ölkələrimizin aktiv fəaliyyət göstərdiyini, bir birini dəstəklədiyini və maraqlarını müdafiə etdiyini xatırladıb.
General-polkovnik Z.Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusu tərəfindən keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında qonağa məlumat verən nazir 44 gün davam edən müharibə dövründə Belarusun tutduğu mövqeyə görə də həmkarına minnətdarlığını bildirib.
Müdafiə naziri kimi ilk xarici səfərini dost ölkə Azərbaycana etdiyindən məmnunluğunu bildirən general-leytenant V.Xrenin ölkəmizlə Belarus arasında ikitərəfli hərbi əlaqələrin daha da genişləndirilməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin vacibliyini xüsusi qeyd edib.
Qonaq bu əməkdaşlığın hər iki ölkənin liderlərinin dostluq əlaqələrinə əsaslandığını vurğulayaraq Belarusun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyət, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət qrupların səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Sonda nazirlər Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıblar.

İmişli rayonunda qazlaşma səviyyəsi 94 %-i ötüb (FOTO)
İmişli rayonunda qazlaşma səviyyəsi 94 %-i ötüb (FOTO)
"Əqli Mülkiyyət Hüquqları: Biliklərin Təkmilləşdirilməsi və Təcrübələrin Paylaşılması" mövzusunda vebinar keçirilib (FOTO)
"Əqli Mülkiyyət Hüquqları: Biliklərin Təkmilləşdirilməsi və Təcrübələrin Paylaşılması" mövzusunda vebinar keçirilib (FOTO)
“Startap” şəhadətnaməsi almaq istəyən sahibkarların müraciətlərinə baxılıb
“Startap” şəhadətnaməsi almaq istəyən sahibkarların müraciətlərinə baxılıb
Loading Bars
Xəbər lenti
Ermənistanda seçkilərdən sonrakı proseslər etiraz və qarşıdurmalar vəd edir
ANAMA yanında İctimai şuraya namizədlər müəyyənləşdi (FOTO)
Bakıda yeni Nəbatat bağı salınacaq
Azad olunan ərazilərə keçmək istəyən şəxslər saxlanıldı
Hərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları ilə görüş olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı 3 milyonu keçdi
Azərbaycanda 47 nəfər koronavirusa yoluxub, ölən olmayıb
İmişli rayonunda qazlaşma səviyyəsi 94 %-i ötüb (FOTO)
Əvvəlki həyatımıza geri dönürük - Protezlə təmin olunan Qarabağ qaziləri (VİDEO)
Həyatın normal ritmini bərpa etməyin yeganə yolu kütləvi vaksinasiyanın həyata keçirilməsidir - Tamam Cəfərova
HDQ-nin taktiki təlimlərində 1000-ə yaxın şəxsi heyət, 43 gəmi və kater iştirak edir
"Əqli Mülkiyyət Hüquqları: Biliklərin Təkmilləşdirilməsi və Təcrübələrin Paylaşılması" mövzusunda vebinar keçirilib (FOTO)
“Startap” şəhadətnaməsi almaq istəyən sahibkarların müraciətlərinə baxılıb
Pakistan 13 milyon doza Pfizer peyvəndi alacaq
Bakıda bildirçin kəsimi məntəqəsində nöqsanlar aşkarlandı
Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin edildi (FOTO)
Ətraf mühit və iqlim dəyişmələri üzrə nazirlər görüşünün 3-cü sessiyası keçirilib
Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə baş tutan videokonfransında iştirak edib (VİDEO)
YAP Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib
Peyvənd olunmaq koronavirusu həyatımızdan çıxarmağın yeganə yoludur - Səttar Möhbalıyev
Azərbaycan korrupsiyaya qarşı mübarizədə beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirir
Dövlət Komitəsində diaspor rəhbəri ilə görüş keçirilib
Ceyhun Bayramov Qulam İshaqzaini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib (FOTO)
“Məşğulluq marafonu”na artıq 123 işəgötürən qoşulub, 388 vakansiya təqdim edilib
Sərhəd mühafizəsi sahəsində Azərbaycan-Pakistan birgə əməkdaşlığı müzakirə edilib (FOTO)
BMT İnkişaf Proqramı ilə icra olunan layihələr müzakirə olunub (FOTO)
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılır - FƏRMAN
“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun təsdiqləndi
Bakı-Quba yolunun bir hissəsində təmir aparılır (FOTO)
Energetika Nazirliyinin işçilərinin say həddində dəyişiklik edilib
Şuşada tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə tapşırılıb - SƏRƏNCAM
Bu gündən daha bir avtobusda ödəniş kartla olacaq
Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edildi
Kəlbəcərdə sərhəd mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı üçün 24.5 milyon manat ayrıldı - SƏRƏNCAM
İranda bir gündə koronavirusdan 116 nəfər ölüb
Əlillik təyin edilən zaman ötürülən vaxta görə də pensiya hesablanacaq
13 nəfərlik erməni təxribat qrupunun məhkəmə baxışı iyunun 29-na təyin edilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
700-dək qaziyə əlillik dərəcələri təyin olunub
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
NATO Azərbaycanı etibarlı tərəfdaş hesab edir - Qərargah rəisi
Özbəkistan jurnalistləri Kəlbəcərdə həlak olmuş jurnalistlərlə bağlı başsağlığı verib
Ən qorxulu epidemiyalar son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıb - Kamaləddin Qafarov
Çimərlikdə istirahətə mane olanlar saxlanılıblar (FOTO/VİDEO)
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirilib
Milli Məclis enerji resursları barədə yeni qanun layihəsini birinci oxunuşda qəbul edib
Sabah Bakıda 39, rayonlarda 41 dərəcəyədək isti olacaq
Azərbaycan və Misir XİN arasında məsləhətləşmələr keçirilib
Bu il torpaqlarımızı təhlükəsiz əkib-biçirik - Qarabağlı fermerlər (VİDEO)
Azərbaycanda ağıllı sayğaclar quraşdırılacaq - Yeni qanun layihəsi
Azərbaycanda yeni fond yaradılır
Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar başlayır
Odlar Yurdu Universitetində təyinat olub
Toz dumanı həftənin sonuna qədər davam edəcək
Türkiyədə turizm sektoru tədricən bərpa olunur - Nazirlik
Seçkilərdən sonra Ermənistanda qarşıdurmaların baş verəcəyi istisna deyil
COVID-19 virusu insan psixologiyasına necə təsir edir?
Saxta spirtli içki hazırlayan mütəşəkkil dəstəyə qarşı əməliyyat keçirilib (FOTO/VİDEO)
Əlilliklə bağlı yeni qaydalar gələn ildən qüvvəyə minəcək - Parlament təsdiqlədi
Şəki sakinlərindən xeyli sayda odlu və soyuq silah götürülüb (FOTO)
BirKart sahibləri ölkə üzrə olan Mall-larda daha çox qazanacaqlar
İspaniyada təhsil alacaq tələbələr müəyyənləşib (FOTO)
Gömrükdə saxlanılan avtomobillərdə qanunsuz dərman və siqaretlər aşkarlanıb (FOTO)
Unibank ipoteka faiz dərəcəsini endirib
100 mindən çox Azercell abunəçisinə 5GB aylıq internet paketi hədiyyə olunub
Nəsimi rayonunda küçələr təmir edilir (FOTO)
Avstraliyada ermənilərin təxribatının qarşısı alınıb
Milli Məclisin növbədənkənar iclası başladı
Azərbaycan UNESCO və BMTQAK-ın missiyasını qəbul etməyə tam hazırdır - XİN
Toy mərasimlərinə nəzarət edəcək qurumların adları açıqlandı
Erməni cəmiyyəti anlayır ki, ölkənin gələcəyi Azərbaycanla sülhdən keçir - Aydın Quliyev
Ağcabədi sakini Masallıda külli miqdarda heroinlə yaxalandı (FOTO)
Kürdəmirdə 78 yaşlı kişi itkin düşdü
Şadlıq sarayları iyunun 26-dan portalda qeydiyyatdan keçməlidir
50-dən çox şəxsin iştirak etdiyi mərasimlərdə COVID pasportu tələb olunacaq
Prezident İlham Əliyev BMT Baş katibinə məktub göndərib
İyulun 1-dən toylara icazə verilir (ƏLAVƏ OLUNUB)
Hərbi Dəniz Qüvvələrində taktiki təlimlər başladı (FOTO)
8 xəstəxana barədə məlumatlar Baş Prokurorluğa göndərilib
Sabirabad sakini qohumunu güllələdi
Üç ölkənin XİN rəhbərləri Azərbaycana səfərə gəlirlər
İyunun 22-də xarici valyutaların manata qarşı məzənnələri
Deputatlar bu gün növbədənkənar iclasa toplaşır
İtaliyada peyvənd olunmayan tibb işçiləri işdən çıxarılacaq
Qazaxıstanda koronavirusa daha 943 nəfər yoluxub
Erməni cəmiyyəti ölkəsinin daim blokadada olmasından bezib - Politoloq
ABŞ KXDR-ə qarşı sanksiyalar rejimini daha bir il uzadıb
"Brent" markalı neftin qiyməti 2019-cu ilin aprelindən ilk dəfə 75 dolları ötüb
Aeroflot iyul ayında Bolqarıstana uçuşları bərpa edir
ABŞ ordusu Əfqanıstandan müəyyən edilmiş vaxtda çıxarılacaq
Afrikaya koronavirusa qarşı peyvənd istehsalı üçün texnologiyalar ötürüləcək
ABŞ-ın Rusiyadakı səfiri bu həftə Moskvaya qayıdacaq
Qüdsdə İsrail polisi ilə toqquşmalarda 20 fələstinlini yaralanıb
Türkiyə sahillərində 5.9 bal gücündə zəlzələ baş verib
Türkiyədə koronavirusdan sağalanların sayı 5,23 milyonu ötüb
Boksçumuz Avropa çempionatında ermənini məğlub etdi
Avro-2020: Belçika yığması Finlyandiya, Daniya yığması Rusiya komandasına qalib gəldilər
Bağdadda ABŞ hərbçiləri yerləşən aeroport zonasına hücum olub
Misirdə qatar avtobusla toqquşub, ölənlər var
Sülh və stabillik görmək istəyənlər müharibənin artıq geridə qaldığını qəbul etməlidirlər - Tural Gəncəliyev
Bütün xəbərlər