...

İranda prezident seçkilərinin ilkin nəticələri bəlli olub

Siyasət Materials 19 İyun 2021 10:55 (UTC +04:00)
İranda prezident seçkilərinin ilkin nəticələri bəlli olub

Bakı. Elnur Bağışov – Trend:

13-cü çağırış İran prezident seçkilərində ilkin nəticələrə əsasən İbrahim Rəisi 17,8 milyon (62%) səs toplayıb.

Trend-in məlumatına görə, bunu İranın Seçki Komissiyasının sədri Camal Orf deyib.

C.Orfun sözlərinə görə, prezidentliyə digər namizəd Möhsün Rzayi 3,3 milyon (11%) səs toplayıb.

Əbdülnasir Hemmətiyə 2,4 milyon (8%), Əmir Hüseyn Qazizadə Haşemiyə isə 1 milyon (3%) seçici səs verib.

İran rəsmisi istifadə olunan bülletenlərin sayına əsasən 28,6 milyon nəfərin səsvermədə iştirak etdiyini deyib.

Qeyd edək ki, ötən gün (18 iyun) İranda 13-cü çağırış prezident seçkiləri keçirilib. Seçkilərdə prezidentlik uğrunda 4 namizəd – İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, İran parlamentinin sədr müavini Əmir Hüseyn Qazizadə Haşemi və İranın Mərkəzi Bankının sabiq baş direktoru Əbdülnasir Hemməti rəqabət aparıb. 13-cü çağırış prezident seçkilərində 59,3 milyon seçicinin səsvermə hüququ var.

Xəbər lenti

Xəbər lenti