Ermənistanın hərbi-siyasi rəhbərliyi qanun qarşısında cavab verməlidir - Ombudsman (MÜSAHİBƏ)

Ermənistanın hərbi-siyasi rəhbərliyi qanun qarşısında cavab verməlidir - Ombudsman (MÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Trend-ə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Məlum olduğu kimi, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya dövlət rəhbərləri tərəfindən üçtərəfli bəyanat imzalanmış və bu bəyanata əsasən 44 günlük hərbi əməliyyatlar sona çatmışdır. Lakin, azad edilmiş ərazilərdə basdırılmış minalara dair müvafiq xəritələrin təqdim edilməsi ilə bağlı problemlər hələ də qalır. Ölkə Ombudsmanı olaraq, bu problem sizin də daim qaldırdığınız məsələlər arasındadır. Elə beynəlxalq təşkilatlara Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən işğal dövründə və daha sonra basdırılan minaların səbəb olduğu insan tələfatı ilə bağlı ünvanladığınız Ad-hoc hesabat haqqında məlumat verməyinizi xahiş edirik.

- Qeyd etdiyiniz kimi, 10 noyabr 2020-ci ildə Azərbaycan,Ermənistan və Rusiya dövlət rəhbərləri tərəfindən üçtərəfli bəyanatı imzalanmışdır. Bəyanatın müddəalarına görə Kəlbəcər, Ağdam və Laçın rayonları Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılmışdır. Lakin azad edilmiş ərazilərdə bu bəyanatın ruhuna, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olaraq minalar basdırılmış və minaların xəritələrinin təqdim edilməsi ilə bağlı məsələlər hələ tam olaraq öz həllini tapmamışdır.

Təssüf hissi ilə bildirmək lazımdır ki, müharibə bitdiyi andan bu günə kimi 140 nəfərdən çox soydaşımız piyada və tank əleyhinə minaların qurbanına çevrilmişdir. Bu şəxslərin əksəriyyəti məhz tarixi ata-baba yurdlarını, evlərini, yaxınlarının məzarlarını ziyarət etmək niyyəti ilə işğaldan azad edilmiş ərazilərə səfər etmiş mülki şəxslər olmuşdur.

Bundan başqa aktiv döyüşlərin baş veridyi ərazilərdə cəsədlərin axtarışlarının həyata keçirilməsi kimi humanitar missiya həyata keçirən hərbçilərimiz də mina partlayışlarının qurbanı olmuşdur.

İyun ayının 4-də Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda ikisi jurnalist olmaqla üç nəfər mülki şəxsin həlak olması və bir neçə mülki şəxsin yaralanması ilə nəticələnən mina partlayışından dərhal sonra Ermənistan silahlı qüvvələrinin polkovniki Qumaşyan mətbuata verdiyi müsahibədə şəxsən və onun əsgərlərinin iştirakı ilə Laçın və Kəlbəcər rayonları ərazilərinə 17 yük maşını minanın basdırıldığını etiraf edib. Onun bu etirafları bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən törədilmiş müharibə cinayətlərini sübut edir.

Sosial mediada yayılan bu etiraf Azərbaycan cəmiyyətində həddindən artıq narahatlıq yaradıb. Bu törədilən cinayətin birbaşa etirafı olmaqla beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır və günahkarlar dərhal ədalət mühakiməsinə cəlb olunmalıdır.

Bildiyiniz kimi, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edilmişdir. Elə həmin zaman Azərbaycan 15 nəfər erməni əsilli silahlı qruplaşma üzvünü Ermənistana təhvil verməklə növbəti dəfə humanist addım atmışdır.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən işğal dövründə və daha sonra basdırılan minaların səbəb olduğu insan tələfatı ilə bağlı beynəlxalq təşkilatlara ünvanladığımız Ad-hoc hesabatda qeyd etdiyim bu kimi məsələlər yer alıb. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin nəticələri ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin və diversant qruplarının həm Ermənistan-Azərbaycan hərbi münaqişəsi zamanı, həm də münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə basdırdığı tank və piyada əleyhinə minaların partlaması nəticəsində baş verən çox sayda insan tələfatı və insan hüquqları pozuntuları faktlarla əsaslandırılıb.

Qeyd etməliyəm ki, hesabat həm də Ermənistanın beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirilməməsi, beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozmasının hüquqi əsaslandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

- “Rossiya Seqodnya” BİA və RT telekanalının baş redaktoru Marqarita Simonyanın 8 yaşlı qızı və 7 yaşlı oğlunun türkləri öldürməyə çağırış edən erməni millətçi mahnısını ifa etmələri ilə bağlı yayılmış məlumatlar barədə də fikirlərinizi bizimlə bölüşərdiniz.

Qeyd etmək istərdim ki, yayılmış bu video Ermənistan cəmiyyətində uşaqlara təlqin olunan irqi ayrı-seçkilik, nifrət və azərbaycanlılara qarşı düşmənçilik tərbiyə metodunu əks etdirən ilk fakt deyildir.

Dəfələrlə sosial şəbəkələrdə və KİV-də azyaşlı uşaqların dilindən azərbaycanlılara qarşı nifrət nitqindən istifadəsi, o cümlədən İkinci Qarabağ müharibəsi dövründə azyaşlı erməni əsilli uşaqların müharibəyə cəlb olunaraq oların əməyindən istifadə edilməsilə rastlaşmışıq. Belə tərbiyə metodları yalnız gərginliyin, qarşıdurma, qisasçılıq ab-havasının güclənməsinə zəmin yaradır.

Necə ki, biz bunun nəticələrini Birinci Qarabağ müharibəsi və sonrasında tərbiyə olunan uşaqların psixologiyasında görürük.

Təəssüf ki, anti-Azərbaycan kampaniyasının erməni əsilli milliyətçilər tərəfindən yayılmasının özünəməxsus xüsusiyyətlərindən biri də Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən göstərilən dövlət himayəsidir. Ölkə prezidentləri də daxil olmaqla yüksək səviyyəli məmurlar, xalq qarşısında çıxışları zamanı nifrət nitqindən və dözümsüz anti-Azərbaycan dəyərləndirilmələrindən çəkinmirlər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bu günlərdə beynəlxalq təşkilatlara və ictimaiyyətə təqdim etdiyim Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatda da bunları faklarla əsaslandırmışıq.

Rusiyanın qabaqcıl telekanalının baş redaktorunun azyaşlı övladlarına bu cür tərbiyə üslubu seçməsi, terrorçu-daşnak Arakel Mxtaryanın nümünəvi şəxs kimi təqdim olunması bizi olduqca narahat edir, region və dünya üçün çox ciddi təhdiddir.

Bu yanaşma Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü dövründə uşaqlar, qadınlar, ahıllar və əhalinin digər qrupları da daxil olmaqla çoxsaylı insan tələfatlarının, soyqırım cinayətlərinin məqsədli şəkildə törədildiyini bir daha sübut edir.

Təəssüflə bildirməliyəm ki, 2020-ci ilin 27 sentyabrından başlayan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naftalan, Ağcabədi, Gəncə və Bərdə şəhər və rayonlarında yerləşən mülki yaşayış məntəqələrini hədəf alması və ağır artilleriyadan atəşə tutması nəticəsində dinc əhali, o cümlədən uşaqlar ballistik raket və artilleriyanın qurbanına çevrilmiş, 10-dan çox uşaq həlak olmuş, 50 uşaq yaralanmış, 4 uşaq isə hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirmişdir.

Biz təkcə regionda deyil, bütün dünyada uşaqların müharibə və nifrətdən kənarda qalmasını, sevgi və mərhəmət hissi ilə böyüməsinin tərəfdarıyıq.

Yeri gəlmişkən qeyd etməliyəm ki, insanlıq tarixində baş verən müharibələrin, kütləvi qırğınların kökündə hər zaman hər hansı bir xalqa, millətə və ya etnik qrupa münasibətdə nifrətin, dözümsüzlüyün formalaşdırdığı amillər xüsusi yer tutur. Bu amillər və siyasət nəticəsində yaranan ideologiyanın güclənməsinə və yayılmasına təkan verən ən güclü vasitələrdən biri də nifrət nitqidir.

Bu günlərdə Ermənistanın eks-prezidenti, “Hayastan” (“Ermənistan”) seçki blokunun rəhbəri, ərazilərimizin işğalı ilə soydaşlarımıza qarşı törədilmiş müharibə cinayətlərinin, Xocalı qətliamının əsas iştirakçısı və təşkilatçılarından olan Robert Köçəryan ölkəsində öz seçiciləri ilə yekun görüşündə söylədiyi nifrət nitqi və həmin prosesdə gəlini Siranuş Köçəryanın oxuduğu mahnıda isə türk xalqının təhqir olunması, qətl və faciələr törədilməsinin təbliğ edilməsi, qatilin fəxrlə vəsf olunması və buna yönəlik çağırışlar regionda sülhə, xalqların birgəyaşayına çox ciddi təhdiddir.

Nifrət nitqinin bu cür həssas zamanlarda radikal şəkildə paylaşılması etnik əlamətinə görə insanların qətlə yetirilməsi ilə nəticələnən müharibə və sülh əleyhinə cinayətlərin törədilməsinə, işğalçılıq meyllərinin artmasına səbəb olur.

Bu faktlar bir daha təsdiq edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin uzun illərdir regiondakı başqa millətlərə qarşı formalaşdırmaqda davam etdiyi nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət olunmuş, müxtəlif dövrlərdə etnik təmizləmə, kütləvi qırğınlar və soyqırım cinayətləri törədilmişdir.

Müasir dövrümüzdə informasiya texnologiyalarının imkanlarından istifadə edərək sosial şəbəkə və müxtəlif platformalarda azərbaycanlıların əleyhinə təbliğat aparılmasını şiddətlə qınayırıq.

Yekunda isə qətiyyətlə bildirmək istərdim ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuzun qələbəsiylə başa çatmış hərbi əməliyyatlardan sonra beynəlxalq humanitar hüququ kobud şəkildə pozmuş Ermənistanın hərbi-siyasi rəhbərliyi hüquq və qanun qarşısında cavab verməli, o cümlədən uşaqların həyatı, sağlamlığı və digər hüquqlarına yönəlmiş pozuntulara görə məsuliyyətə cəlb olunmalıdırlar.

Yoluxma sayının artması sərt karantinin tətbiq olunmasına əsas vermir - Naqif Həmzəyev
Yoluxma sayının artması sərt karantinin tətbiq olunmasına əsas vermir - Naqif Həmzəyev
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Türkiyədə bir sıra görüşlər keçirir (FOTO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Türkiyədə bir sıra görüşlər keçirir (FOTO)
“Mənim atam qəhrəmandır!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib (FOTO)
“Mənim atam qəhrəmandır!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
Texasda miqrantları daşıyan avtomobil qəzaya uğrayıb: 11 ölü, 12 yaralı
İsrail HHQ Livan sərhədində hədəflərə zərbələr endirib
Türkiyədə son sutkada koronavirusdan 6 096 nəfər sağalıb
Beyrutda etirazçılarla polislər arasında toqquşmalar olub, 84 nəfər xəsarət alıb
ABŞ ölkəyə gələn xarici vətəndaşlardan peyvənd sertifikatı tələb edə bilər
Yanğınların söndürülməsində ən önəmli dəstəyi Azərbaycan göstərib - Ərdoğan
ABŞ Livana 100 milyon dollara yaxın humanitar yardım ayıracaq
Günay Əfəndiyeva ilə Rövşən Muradov arasında görüş keçirilib (FOTO)
FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət 3-cü qrup bu gün Türkiyəyə yola düşəcək
Mövlud Çavuşoğlu: Sabah səhər Azərbaycandan ölkəmizə daha bir heyət gələcək
Azərbaycanda yeni musiqi aləti yaradılıb (ÖZƏL) (VİDEO)
Türkiyədə yanğın istilik elektrik stansiyasına yaxınlaşıb
Şəhriyar Məmmədyarov “Chessable Masters" turnirində mübarizəni dayandırıb
Türkiyə və Azərbaycan yanğınsöndürənlərinin birgə səyi ilə Dənizlidə yanğınlar söndürülüb (FOTO/VİDEO)
Ermənistan Rusiyanı Azərbaycanla münaqişəyə sürükləməyə çalışır - Rusiyalı ekspert
Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib
Britaniyada koronavirusdan ölənlərin sayı 130 minə çatıb
Azərbaycanın bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb
Azərbaycanda valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımı proqnozlaşdırılır
Şokoladın səbəb ola biləcəyi xəstəliklər açıqlanıb
Bakıda əhalinin ticarət şəbəkəsində xərclədiyi pulun məbləği açıqlanıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 996 nəfər COVID-19-a yoluxub, 202 nəfər sağalıb
Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub
SOCAR Ukraynaya 22 min tona yaxın Litva benzini tədarük edib
Hər birimiz yanğın təhlükəsizliyinə həssaslıqla yanaşmalıyıq - Deputat
Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Yoluxma sayının artması sərt karantinin tətbiq olunmasına əsas vermir - Naqif Həmzəyev
ÜST koronavirusa qarşı peyvəndlənmənin üçüncü dozasına moratorium tətbiq etməyə çağırır
Yardımlıdakı meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir (FOTO)
Türkiyədə meşə yanğınları 7 vilayəti əhatə edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Türkiyədə bir sıra görüşlər keçirir (FOTO)
Əlaqələndirmə Qərargahının iclasında işğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub (FOTO)
Azərbaycan-Türkiyə gənclərinin Beynəlxalq Zəfər Düşərgəsi uğurla yekunlaşdı (FOTO)
Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub
MİQ imtahanlarında bu fənlər üzrə vakant yerlər tam dolmayıb (FOTO)
MTRŞ müsabiqə iştirakçılarının heç birinə lisenziya vermədi - SƏBƏB
Orta məktəblər sentyabrda açılacaq? - Nazir AÇIQLADI
Türkiyədə baş verən meşə yanğınları, Qarabağda məhv edilən meşələr və tarixin dərsləri haqqında... (FOTO)
Müəllimlərin dərs saatlarını azaltmağı düzgün hesab etmirik - Təhsil naziri
Müəllimliyə namizədlər əsasən öz evinə yaxın məktəbdə işləməyə çalışır, ancaq bu, mümkün deyil - Nazir
Ağdamda bütöv bir şəhərin xarabalığa çevrildiyini görmək çox təsirləndirici idi - Fransalı deputat (ÖZƏL) (FOTO/VİDEO)
Sumqayıtda narkotik satışı ilə bağlı daha üç nəfər saxlanılıb (FOTO/VİDEO)
Müəllim işləmək üçün ən çox vakansiya bu fənlər üzrə təqdim olunur
Ermənistan XİN-ə yeni mətbuat katibi təyin olunub
Riyaziyyat və ingilis dili imtahanları nisbətən çətin olub - Emin Əmrullayev
Müdafiə naziri azad olunmuş ərazilərdəki bir neçə yeni hərbi hissədə olub (FOTO/VİDEO)
Ərdoğan Ali Hərbi Şuranın iclasını keçirib
ABŞ-dan diri quş və quşçuluq məhsullarının idxalına qoyulan qadağa götürülüb
Son üç ildə işə qəbul olunan müəllimlərin sayı açıqlandı
Gürcü ağır atlet Olimpiya oyunlarında dünya rekordunu yeniləyib
Nigeriyada kəndlərə hücum olub, 70-ə yaxın sakin qətlə yetirilib
“Mənim atam qəhrəmandır!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib (FOTO)
Ağsuda toy təşkilatçısı cərimələnib (VİDEO)
DANX-da yüksək vəzifəyə təyinat olub
İspaniyadan bəzi məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulub
“Məşğulluq marafonu”na qoşulan sahibkarların sayı artır
Azərbaycan Ordusunun yüksək səviyyəli, mütəşəkkil komandanlığı nümunə kimi gəstərilir - Deputat
İctimai nəqliyyatda reydlər aparılır: Maska taxmayanlar cərimələnir
Sabirabadda qətl hadisəsində təqsirləndirilən şəxslərin işi məhkəməyə göndərilib
Yaponiyada koronavirusa yoluxma üzrə ən yüksək göstərici qeydə alınıb
Türkiyədə antiterror əməliyyatında 2 terrorçu zərərsizləşdirilib
Birinci yarımil icbari tibbi sığorta üzrə 9 milyondan çox tibbi xidmət göstərilib (FOTO)
Daha üç qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO)
Azərbaycan və Yaponiya XİN başçıları arasında telefon danışığı olub
Erməni təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrinin bərpası üçün yeddi milyon manat ayrıldı
İranda koronavirusa yoluxanların sayı 4 milyonu keçib
Azərbaycana məxsus PUA-nın guya Ermənistana keçməsinin qarşısının alınması barədə yayılan məlumat yalandır - MN
Bank VTB (Azərbaycan) «Rapid7 Insight VM» lisenziyasının alınması ilə bağlı tender elan edir
Ağdamda beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Sosial şəbəkələrdə görüntüləri yayılan narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Hövsandakı yanğına görə stansiya rəisi 3 min manat cərimələnib
Dövlət qulluğuna qəbulla bağlı edilən əsas dəyişikliklər açıqlanıb
Rezidenturaya və hərbi liseylərə qəbul imtahanı keçirilib
Azərbaycan ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir - Hərbi ekspert
Livan İsrailə raket zərbələri endirib (VİDEO)
"WhatsApp"da yeni funksiya işə salınır
Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı mobil bank tətbiqlərinə əlavə olunub
İranda daşqınlar nəticəsində 8 nəfər ölüb, 2 nəfər itkin düşüb
Yardımlıdakı meşə yanğını lokallaşdırılıb
Azərbaycanda yemişin yeni sortları yaradılıb (FOTO)
BOS Şelf şəhid ailəsi üzvlərini və Vətən müharibəsi qazilərini işlə təmin edən ən fəal şirkətlərdən biridir – Dövlət Məşğulluq Agentliyi
ABB-dən milli paralimpiya komandasına dəstək
Tokio-2020: Azərbaycan boksçusuna medal təqdim olunub
Lənkərandakı meşə yanğını söndürülüb
Türkiyə gözləmə otağı olmayacaq - Fəxrəddin Altun
Əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə artıq 264 nəfər işlə təmin edilib
Karantini pozan restoran sahibi 4 min manat cərimələnib (FOTO)
Çexiyada sərnişin qatarları toqquşub - Ölənlər və yaralılar var (FOTO)
DİN Xəzər rayonundakı qətllə bağlı iddialara cavab verib
Sabah 41 dərəcəyədək isti olacaq
Baş Prokurorluq Avropaya qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işi barədə məlumat yayıb
Müdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara münasibət bildirib
Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək
İslahatlar yalnız ordunun döyüş qabiliyyətini yüksəltməyə hesablanb - Hərbi ekspert
İsmayıllıda qaydaları pozan şadlıq sarayı aşkarlanıb
Sərhədçilərimizi öldürən İran vətəndaşının cinayət işi məhkəməyə göndərilib, daha iki nəfər axtarılır
Bankomatların sayı 8, ödəniş terminalları isə 17 faiz artırılıb
Ani Ödənişlər Sistemi üzrə ödənişlərin həcmi 97 milyon manat olub
İranda aeroportlar fəaliyyətini dayandıracaq
Bütün xəbərlər