...

Azərbaycanla Belarus arasında yeni sənəd təsdiq edilib

Siyasət Materials 9 İyul 2021 12:10 (UTC +04:00)
Azərbaycanla Belarus arasında yeni sənəd təsdiq edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanla Belarus arasında yeni sənəd təsdiq edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” Müqavilənin təsdiq edilməsi məsələsinə baxılıb.

Müzakirələr zamanı deputatlar bu sənədin iki ölkə arasında əməkdaşlığın inkişafına xidmət edəcəyini qeyd ediblər. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti