...

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub

Siyasət Materials 15 İyul 2021 08:44 (UTC +04:00)

Bakı. Trend:

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti