...

Kəlbəcər və Laçında yol infrastrukturunun tikintisinə 10 milyon manat ayrıldı - SƏRƏNCAM

Siyasət Materials 28 İyul 2021 15:18 (UTC +04:00)
Kəlbəcər və Laçında yol infrastrukturunun tikintisinə 10 milyon manat ayrıldı - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Trend xəbər verir ki, Sərəncamla Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10.000.000,0 (on milyon) manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti