...

İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib (FOTO)

Siyasət Materials 30 İyul 2021 19:55 (UTC +04:00)
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi qruplarının Xocavənd rayonunun Hadrut qəsəbəsində birgə iclası keçirilib.

Trend xəbər verir ki, iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupunun rəhbəri Fərəh Əliyeva, Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini, Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun rəhbəri Namiq Hümmətov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov, İşçi qruplarına daxil olan nazirliklərin, agentliklərin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclasda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərsalma, nəqliyyat və telekommunikasiya infrastrukturu layihələrinin icra vəziyyəti, mədəni irsin və tarixi-mədəniyyət abidələrinin qorunması, Ağdam və Şuşa şəhərlərində tarixi mədəniyyət abidələrinin bərpası məsələlərinə dair müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti