Bakı. Trend:
Kəlbəcərdən Basarkeçərə gedən yolu da hərbi qənimət saymaq olar.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib.
Dövlət başçısı bildirib:
"Qamışlı kəndi. Burada bizim enerji infrastrukturumuz yaradılıb və bu yüksəkgərginlikli xətlər bu yaxınlarda çəkilib.
Bu asfalt yolu da ermənilər Basarkeçərdən çəkiblər. Kəlbəcərə getmək üçün Laçın dəhlizinə alternativ bir yol çəkmişdilər. Görün, gözəl də yoldur. İndi biz bu yoldan istifadə edirik. Bu yol çəkiləndə Azərbaycan tərəfi buna ciddi etiraz etmişdir. Deyirdik ki, buna yol vermək olmaz. Bu, ermənilərin məskunlaşma siyasətinin bir hissəsidir. Ancaq bizi eşidən olmadı. Nəticədə biz gəldik, bayrağımızı qaldırdıq. Düşməni torpağımızdan qovduq və indi bu yoldan istifadə edirik. Ermənilər isə bu yoldan məhrum oldular. Ona görə bu yolu da hərbi qənimət saymaq olar".