...

Qazaxıstan və Fransa prezidentləri arasında telefon danışığı baş tutub

Siyasət Materials 1 Sentyabr 2021 05:39 (UTC +04:00)
Qazaxıstan və Fransa prezidentləri arasında telefon danışığı baş tutub

Bakı. Trend:

Qazaxıstan və Fransa prezidentləri arasında telefon danışığı baş tutub.

Fransa tərəfinin təşəbbüsü ilə keçirilən söhbət zamanı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Emanuel Makron ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin Əfqanıstandakı vəziyyəti ətraflı müzakirə ediblər.

Trend Kazinform-a istinadən xəbər verir ki, Qazaxıstan rəhbəri ölkə ilə Fransa arasında strateji tərəfdaşlıq səviyyəsinə çatan qarşılıqlı faydalı əlaqələrin sabit inkişaf etdiyini vurğulayıb.

"Dünyanın beşinci iqtisadiyyatına sahib olan Fransa Respublikası əsas tərəfdaşlardan biridir və biz ilk növbədə iqtisadi sahədə konkret nəticələr əldə etmək üçün fəal birgə işlərin davam etdirilməsinə böyük əhəmiyyət veririk", - Qazaxıstan prezidenti bildirib.

Öz növbəsində Emmanuel Makron Qazaxıstanla ticarət, iqtisadi və siyasi təmasların daha da dərinləşməsində maraqlı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti