...

Türkiyə bundan sonra da bütün imkanları ilə qardaş Azərbaycanın yanında olacaq - Hulusi Akar

Siyasət Materials 9 Sentyabr 2021 16:04 (UTC +04:00)
Türkiyə bundan sonra da bütün imkanları ilə qardaş Azərbaycanın yanında olacaq - Hulusi Akar

Bakı. Orxan Nəbiyev - Trend:

Can qardaşımız Azərbaycan 30 illik işğaldan sonra Qarabağı 44 günlük "Tək vətən" əməliyyatı ilə azad edib. Bu müddətdə Azərbaycanın yanında olan Türkiyə bundan sonra da bütün imkanları ilə "Bir millət, iki dövlət" anlayışı ilə öz qardaşlarının yanında olmaqda davam edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə regionda, o cümlədən Qafqazda sabitliyə böyük əhəmiyyət verir, sülh və sabitliyin təmin olunması üçün bütün səyləri göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti