...

Məhkəmə hakimlərinin iş stajı ilə bağlı qanuna dəyişiklik edilir

Siyasət Materials 16 Sentyabr 2021 15:19 (UTC +04:00)
Məhkəmə hakimlərinin iş stajı ilə bağlı qanuna dəyişiklik edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə əvvəlki iş stajı onların hakimlik stajına hesablanacaq.

Trend-in məlumatına görə, bununla bağlı məsələ “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanuna dəyişikliyin parlamentin payız sessiyasında müzakirə ediləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib və parlamentin sentyabrın 30-da baş tutacaq plenar iclasına tövsiyə olunub.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti