...

Ağdamda hər yeri yerlə yeksan edib, dağıdıblar - Gürcü bloger

Siyasət Materials 23 Sentyabr 2021 15:22 (UTC +04:00)
Ağdamda hər yeri yerlə yeksan edib, dağıdıblar  - Gürcü bloger

Bakı. Humay Ağacanova - Trend:

Ağdama yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək üçün çox səbrsizlənirəm.

Bu sözləri Trend-in Qarabağ bürosuna gürcüstanlı bloger Nina Berdzenava deyib.

O, təəssüratlarını bölüşərkən Ağdamı bu formada görəcəyini təsəvvür etmədiyini bildirib:

"Ağdamda hər yeri yerlə yeksan edib, dağıdıblar. Azərbaycan xalqına məxsus tarixi abidələri dağıtsalarda, kökləri qalıb. Mən əminəm ki, Azərbaycan digər rayonlarda olduğu kimi buradakı abidələri də bərpa edəcək".

Qeyd edək ki, bu gün Gürcüstandan olan bir qrup jurnalist və bloger işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti