Prezident İlham Əliyev: Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk

Prezident İlham Əliyev: Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk

Bakı. Trend:

Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib:

"Rusiya Prezidenti ilə bizi çox böyük etimada əsaslanan münasibətlər bağlayır. Siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür. Fürsətdən istifadə edib, rusiyalı oxuculara müraciət etmək istərdim ki, onlar Azərbaycan haqqında daha çox bilsinlər, bu ölkənin reallıqlarını, bizim dövlətlərarası münasibətlərin mahiyyətini və xarakterini daha düzgün başa düşsünlər. Bu münasibətlər dostluğa, mehriban qonşuluğa, qarşılıqlı maraqlara, qarşılıqlı dəstəyə əsaslanır və mən həm müharibə dövründə, həm də müharibədən sonra Rusiyadan çoxlu sayda məktub və teleqram alırdım və indiyə qədər alıram. Bunlar dəstək məktubları, təbriklərdir, müəyyən səbəblər üzündən Rusiyaya köçüb getmiş bəzi keçmiş bakılılar da yazır, burada heç vaxt olmayanlar da. Onlar müharibə dövründə bizim ölkəmizə daha müsbət münasibət bəsləməyə başlayıblar.

İkitərəfli münasibətlərin bundan sonrakı inkişafı məsələsinə gəldikdə isə, bizdə hər şey müəyyəndir, hazırda artıq iqtisadi, nəqliyyat, enerji, humanitar istiqamətlərə aid altı yol xəritəsi üzrə işləyirik. İndi biz gənclərin mübadiləsi ilə bağlı məsələlər üzərində fəal işləyirik, estafeti vermək üçün yox, bu hələ tezdir, amma hər halda siqnal vermək üçün Rusiya-Azərbaycan Gənclər Forumu keçirməyi planlaşdırırdıq, pandemiya buna bir qədər mane oldu. Ona görə ki, bilirsiniz, vaxt sürətlə keçir, yeni nəsil yetişib, onlar bir-birini bizim bir-birimizi tanıdığımız dərəcədə tanımırlar. Buna görə Azərbaycan və Rusiya vətəndaşlarının gənc nəslinin dostluq və həmrəylik ruhunda böyüməsi vacibdir. Çünki bu, həm bizim üçün, həm də Rusiya üçün böyük dəyərdir, ona görə ki, biz qonşu dövlətlərik. Qonşular arasında münasibətlər heç də həmişə bizim aramızdakı münasibətlər kimi olmur. Əlbəttə, təvazökarlıqdan uzaq görünsə də deməliyəm ki, bu, ilk növbədə, iki ölkənin prezidentlərinin, onların komandalarının bütün başqa üzvlərinin və ictimaiyyətin xidmətidir. Bir nümunə göstərim: pandemiyadan əvvəlki son ildə Azərbaycana təqribən 1 milyon rusiyalı gəlib. Qısa müddətdə praktiki olaraq iki dəfə artmış bu göstərici komfortluq göstəricisidir. Ona görə ki, insanlar özlərini komfort, öz evindəki kimi hiss etdikləri yerlərə gedirlər. Bir də ki, Azərbaycanda Rusiyaya münasibət həmişə müsbət olub və belə də qalmaqda davam edir.

İndi bizdə, deyərdim ki, yeni mərhələdir, Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal olub. Təbii ki, bu mövzu da daim gündəmdədir və deməliyəm ki, təqribən bir il tamamilə adi ştat rejimində, asayişin pozulması halları olmadan, əksinə, tam qarşılıqlı anlaşma, qarşılıqlı fəaliyyət şəraitində keçib. Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk. Bu, sabitlik üçün mühüm amildir. Əlbəttə, ümid edirik ki, ermənilərlə azərbaycanlılar arasında bir növ barışıq prosesi də gedəcək. Biz də qonşularıq və bir-birimizin yanından heç yerə getməyəcəyik. Ona görə bu reallıqları düzgün qəbul etmək lazımdır. Əlbəttə, burada da Rusiyanın rolu çox vacibdir və biz görürük ki, bu rol çox müsbətdir.

Siz də qeyd etdiniz ki, burada böyük rus icması var. Onlar ölkəmizin layiqli vətəndaşlarıdır, onlar ikitərəfli əlaqələrin möhkəmlənməsi işində çox böyük rol oynayırlar. Bizdə təhsilin rus dilində olduğu 340-dan çox məktəb, dövlətə məxsus ali təhsil müəssisələrində tədrisin rus dilində olduğu fakültələr var, on minlərlə tələbə və məktəbli rus dilində təhsil alır. Mən bunu da bizim dövlətlərarası münasibətlərin mühüm amili hesab edirəm. Sizin auditoriyanın imkanlarından istifadə edərək rusiyalıları Azərbaycana, Qarabağa, bu gözəl mənzərəli yerlərə gəlməyə, - bizdə pandemiya artıq azalıb, - Azərbaycanı daha yaxşı tanımağa və dostluğumuzu möhkəmləndirməyə dəvət etmək istərdim. Bir də, əlbəttə, rusiyalılara bütün işlərində uğurlar diləyirəm".

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Ombudsmanın faktaraşdırıcı missiyaları ilə bağlı hesabatları Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən fotolar paylaşıb (FOTO)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim başa çatıb (VİDEO)
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı baş tutub
Ərdoğan 10 ölkənin səfirini "persona non-qrata" elan etməyi tələb edib
Araik Arutyunyanın Rusiyaya səfəri yalnız şəxsi xarakter daşıyır - Azərbaycanın Rusiyadakı Səfirliyi
Qubada 2 otaqlı ev yanıb
Mingəçevir Dövlət Universitetində şəhid məzunların xatirəsinə həsr olunan anım tədbiri keçirilib (FOTO)
Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb (FOTO)
Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 315 nəfər COVID-19-a yoluxub, 22 nəfər vəfat edib
İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ
Azərbaycan XİN Macarıstanı təbrik edib
Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələnib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah xalqımızı qorusun! (VİDEO)
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov
Bərdə sakinlərindən “patı” və heroin götürülüb (FOTO)
Covid-19 pasportunu saxta yollarla əldə edən və onu satan şəxslər saxlanılıb (VİDEO)
Ekvadorda yüngül atlet güllələnib
İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib
Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib
Bakıda restorana gedən koronavirus xəstəsi saxlanıldı
Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
“Naxçıvan şəhidləri” kitabının təqdimatı olub (FOTO/VİDEO)
Xızı və Şabranda COVİD-19-a qarşı tədbirlər gücləndirilib (FOTO)
Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub (FOTO)
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb (FOTO)
Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur - Mərkəzi Bank
Xəzər dənizində mina aşkarlanıb (FOTO/VİDEO)
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır
Ötən gün toylarda 13 nəfər cərimələnib (FOTO/VİDEO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Karantini pozan restoran dörd min manat cərimələndi
Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib (FOTO/VİDEO)
ƏƏSMN vətəndaş müraciətlərinin sayını açıqlayıb
9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb
"YAŞAT" Fonduna daxil olan vəsaitlərin 43 faizdən çoxu şəhid və qazi ailələrinin məişət probleminə xərclənib
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
Bu il baş verən təbii hadisələrdə 2 nəfər ölüb
Bu il Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb
Qonaq getmək istəyən koronavirus xəstəsi yolda saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Hindistanda qar uçqununda 11 nəfər həlak olub
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Meksika Milli Tarix və Coğrafiya Akademiyasında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr edilmiş təqdimat olub (FOTO)
Bakı Kitab Mərkəzində "Xayku Xəzərin dalğalarında" respublika müsabiqəsinə yekun vurulub (FOTO)
Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib
NASA gələn il Aya ilk uçuşu planlaşdırır
Tunisdə vaksinasiya pasportları tətbiq olunacaq
Facebook-un mümkün yeni adı məlum oldu
Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb
"Rik" tropik fırtınası Meksikanın Sakit okean sahillərində yaranıb
Türkiyədə son sutkada koronavirusdan 30 302 nəfər sağalıb
Pakistanın şimal-şərqində iğtişaşlar zamanı üç polis əməkdaşı ölüb
Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
Gəncə sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr
"Apple" ardıcıl doqquz ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır
Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Xalq artisti Canəli Əkbərov vəfat edib
ABŞ-da Əfqanıstanlı qaçqınlara yardım üçün 976 milyon dollara qədər vəsait ayrılacaq
Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH
Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
DGK sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə
Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv etdi
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
Ağdam sakini bıçaqlanıb
Şərqşünaslıq İnstitutunun əməkdaşı Liviyada beynəlxalq konfransda çıxış edib (FOTO)
Azərbaycanda bankların cəmi aktivləri 34 milyard manatı ötüb
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib (FOTO)
Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub
Eldəniz Səlimovun ibtidai istintaqı tamamlanıb, cinayət işi məhkəməyə göndərilib
İsveçdə reper güllələnib
Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib (FOTO/VİDEO)
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 112 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Moskvada 20-yə yaxın aviareys təxirə salınıb
Oktyabrın 25-nə USD/AZN rəsmi məzənnəsi
Şirvanda "patı" satan şəxs saxlanılıb
Zəngəzur dəhlizi, Moskvada üçtərəfli İşçi Qrupun səkkizinci görüşü - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Şəhid, Vətən Müharibəsi qəhrəmanı polkovnik leytenant Qasımov Ramizin xatirə gecəsi keçirilib
Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub (FOTO)
Bütün xəbərlər