...

AŞ PA-nın postmünaqişə dövrünün yeni reallıqları fonunda qəbul etdiyi sənəd təəssüf doğurur - Deputat

Siyasət Materials 28 Sentyabr 2021 17:39 (UTC +04:00)
AŞ PA-nın postmünaqişə dövrünün yeni reallıqları fonunda qəbul etdiyi sənəd təəssüf doğurur - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) postmünaqişə dövrünün yeni reallıqları fonunda qəbul etdiyi sənəd bir sıra məqamlar baxımından təəccüb və təəssüf doğurur.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, münaqişə artıq bitib, Azərbaycan yeni reallıqlar yaradıb və bu yeni reallıqları beynəlxalq birlik qəbul edir və tanıyır: “Ancaq AŞ PA-nın qəbul etdiyi sənədin məzmunu ilə tanış olduqda bu qənaətə gəlmək olur ki, AŞ PA təmsilçilərinin sanki 44 günlük müharibədən xəbərləri yoxdur və Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən məlumatsızdırlar.

Azərbaycan Prezidenti İlham Əliyev BMT kürsüsündəki son çıxışında bir daha vurğuladı ki, artıq beynəlxalq təşkilatlar Azərbaycanın inzibati ərazi vahidləri ilə bağlı danışarkən bu zaman yeni reallıqları qəbul etməlidirilər və artıq Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Cənab Prezidentin 7 iyul tarixli sərəncamı ilə Qarabağ iqtisadi rayonu var. Bu reallıq fonunda AŞ PA-nın qəbul etdiyi sənəddə yenə də Dağlıq Qarabağ ifadəsindən istifadə edilib ki, bu da tamamilə qəbuledilməzdir.

AŞ PA humanitar məsələlərdən bəhs edərkən qeyd edir ki, Dağlıq Qarabağ ərazisinə siyasilərin gəlişinə Azərbaycan şərait yaratmalıdır. Bu fikir kökündən yalnışdır. Qarabağ iqtisadi rayonu var və Qarabağa kim gəlirsə, onun sahibi olan Azərbaycandan icazə almalıdır və gəlişinin səbəbini bildirməlidir. Azərbaycanın icazəsi olmadan heç kim Qarabağ ərazisinə gələ bilməz”.

E.Nəsirov vurğulayıb ki, AŞ PA təmsilçiləri bu davranışları ilə beynəlxalq hüquqa zidd addım atmış olurlar: "Bu sənəd AŞ PA-nın Azərbaycana qarşı növbəti dəfə ikili standartlardan yanaşmasının göstəricisidir".

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti