...

Zakir Həsənov Gürcüstanın baş naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 4 Oktyabr 2021 15:05 (UTC +04:00)
Zakir Həsənov Gürcüstanın baş naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanda səfərdədir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili ilə görüşüb.

Görüşdə tərəflər hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti