Bakı. Trend:
Baş nazir Əli Əsədov Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar Gürcüstanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.