...

Beynəlxalq aləm Azərbaycanın artan nüfuzunu və mövqeyini qəbul edir - TƏHLİL

Siyasət Materials 12 Oktyabr 2021 21:00 (UTC +04:00)
Beynəlxalq aləm Azərbaycanın artan nüfuzunu və mövqeyini qəbul edir - TƏHLİL

Bakı. Trend:

Qoşulmama təşkilatının ideyası 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında formalaşıb. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Hərəkatın institusional əsası qoyulub. Hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirir

Azərbaycan isə sözügedən təşkilata 2011-ci ildə qəbul olunub. Cəmi 4 il sonra, yəni 2016-ci ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil, 120 ölkənin dəstəyi ilə qərar qəbul olunub.

Nəzərə alsaq ki, bu ölkələr arasında ixtilaflar kifayət qədər kəskindir, bundan sonra çətin ki, ikinci belə bir ölkə tapılsın ki, yekdil səslə bu təşkilata sədrlik etsin. Bu qərarın qısa müddətdə qəbul olunması isə Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun nəticəsidir.

Vaxtilə bu hərəkata Azərbaycan üzv olanda ölkəmizi tənqid edənlər zamanla bu hərəkatın tarixi əhəmiyyətinə şahidlik etdilər. 44 günlük Vətən müharibəsində Azərbaycanın haqqlı mövqeyi Qoşulmama Hərəkatına üzv dövlətlər təsdiqləndi.

Oktyabrın 11-də isə Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib.

Azərbaycan sədrlik dövründə təşkilatın nüfuzunun artması istiqamətində bir sıra önəmli təkliflərlə çıxış edib:

Prezident İlham Əliyevin təşəbbüsü ilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hərəkat ölkələri adından BMT səviyyəsində COVİD-19 ilə bağlı xüsusi sessiyasının keçirilməsi təklif edilib. BMT-nin 150-dən çox üzv dövləti Prezident İlham Əliyevin təklifini dəstəkləyib. Görüşün keçirilməsinə etiraz edən yeganə dövlət isə Ermənistan olmuşdu.

Xatırladaq ki, BMT Baş Assambleyasının Xüsusi sessiyası 2020-ci il 3-4 dekabr tarixlərində keçirildi və sessiyada 50-dən çox ölkənin Prezident və 30-dan çox ölkənin Baş nazir səviyyəsində iştirak etdi. Covid-19-a qarşı qlobal mübarizənin təmin edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü sayəsində mümkün oldu.

Azərbaycanın uğurlu fəaliyyətinin nəticəsi olaraq Azərbaycan sədrlik dövrü bir il də əlavə uzadıldı. Beləki, 2021-ci ildə QH üzvləri Azərbaycana müraciət edərək sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş etdilər və Azərbaycan bu təklifi qəbul etdi.

Artıq bundan sonra Hərəkatın qarşısında daha yeni məqsədlər dayanır. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş toplantıda çıxışı zamanı bir sıra təşəbbüslərlə çıxış edərək təşkilatın gələcək yol xəritəsini cızmış oldu.

Prezident İlham Əliyev tərəfindən ilk növbədə dünyanı bürüyən pandemiyadan sonrakı dövr üçün Hərəkatın mövqeyinin formalaşdırılması, COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli BMT Panelinin yaradılması, QH-nin gənclər şəbəkəsinin formalaşdırılması və digər təkliflər irəli sürüldü.

Trend İnformasiya Agentliyinin Siyasət şöbəsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti