...

Diplomatlarla bağlı qanun layihəsi plenar iclasa tövsiyə olundu

Siyasət Materials 28 Oktyabr 2021 15:35 (UTC +04:00)
Diplomatlarla bağlı qanun layihəsi plenar iclasa tövsiyə olundu

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

"Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanuna dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Trend-in məlumatına görə, bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.

Komitə iclasında "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanuna dəyişiklik layihəsini deputatların müzakirəsinə təqdim olunub.

Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanın diplomatik nümayəndəliklərinin əməkdaşları fərdi qıza nəticəsində həlak olarsa və ya sağlamlığına zərər dəyərsə ona sığorta məbləğindən 15 faiz sığorta ödənişi veriləcək. Ağır, az azğır və yüngül xəsarət növləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun müəyyən ediləcək.

Dəyişiklik layihəsində həmçinin Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslərə sığorta ödənişinin verilməsi qaydası, icbari sığortaya cəlb olunacaq Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi və s məsələlər də öz əksini tapıb.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti