...

Amnistiya Aktı ilə bağlı qərar layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

Siyasət Materials 2 Noyabr 2021 18:11 (UTC +04:00)
Amnistiya Aktı ilə bağlı qərar layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Milli Məclisin Hüquq Siyasəti və Dövlət quruculuğu komitəsində "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsi müzakirə edilib.

Trend xəbər verir ki, iclasda qeyd olunub ki, təhqiqat, istintaq orqanları və bütün məhkəmə instansiyaları tərəfindən amnistiya tətbiq edilməsi bu amnistiyanın xüsusiyyətlərindəndir.

Həmçinin, Amnistiya Aktı ilə məhkumluğun götürülməsi və əlavə cəzalardan azad etmə institutlarının tətbiqi də nəzərdə tutulur.

Müzakirələrdən sonra layihə parlamentin növbəti plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti