...

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi 2020-ci ilin əsas hərbi-siyasi hadisəsi oldu - İqor Korotçenko

Siyasət Materials 9 Noyabr 2021 00:01 (UTC +04:00)

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi 2020-ci ilin əsas hərbi-siyasi hadisəsi oldu və obyektiv olaraq Azərbaycanı təkcə regionun deyil, həm də dünyanın aparıcı ölkələri sırasına daxil etdi.

Bunu Trend-ə Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko deyib.

O bildirib ki, Azərbaycan Qarabağ müharibəsində Qarabağı darmadağın etməklə faktiki olaraq kapitulyasiya etmiş Ermənistanın "dişlərini" qopardı:

"Müasir Ermənistan yalnız lokal hərbi təxribatlara qadirdir ki, bununla da məşğul olur. Amma hərbi, təşkilati baxımdan bu gün erməni ordusu mövcud deyil".

İ.Korotçenko vurğulayıb ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin bərpası ünü perspektivlər açılır:

"Bu gün siyasi baxımdan maraq kəsb edən təşəbbüslər ilk növbədə regionda nəqliyyat kommunikasyalarının açılması və bütün iqtisadi proseslərin işə salınması və sürətləndirilməsidir. Azərbaycanın İkinci Qarabağ müharivəsində Zəfəri regionda çiçəklənmə, təhlükəsizlik, dayanıqlı inkişafı gətirir".

Ekspertin sözlərinə görə, Rusiya üçün Cənubi Qafqazda sabitlik və təhükəsizlik ən başlıca prioritetlərdəndir:

"Bir çox istiqamətlərdə Rusiyanın təşəbbüsləri Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Biz birlikdə üçtərəfli bəyanatın reallaşdırılmasının tərəfdarıyıq. Amma təəssüf ki, Ermənistan hələlik sülhə hazır deyil. Bundan sonra hazır olacaqmı, bunu növbəti addımlar göstərəcək. Çünki noyabrın 8-ə Yerevanda təyin olunmuş müxalifət mitinqi ilə yüksək qeyri-stabillik, turbulentlik mühiti bir il əvvəl baş verənlərin təkrar olunmasısı istisna etmir. Ötən il kütlənin hökumət binalarına daxil olaraq Paşinyanın fiziki məhv etmək üçün axtarmaqlarını xatırlamalıyıq. Bu, şovinist, hətta yarıfaşist əhval-ruhiyyənin üstün olduğu erməni cəmiyyətinin tolerantlıq səviyyəsinin göstəricisidir. Biz, yəqin ki, gücə əsaslanan sülhə, Ermənistanın konstruktiv davranışa vadar edilməsinə ümid edə bilərik. Gözləyirik ki, "3+3" təşəbbüsünün reallaşması, Zəngəzur nəqliyyat dəhlizi layihəsinin işə salınması ilə Cənubi Qafqaz dünyanın dinamik inkişaf edən regionlarından birinə çevrilməyə şans qazanacaq".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti