...

Azərbaycan və Ermənistan 30 il ərzində ilk dəfədir ki, Cənubi Qafqazda vəziyyəti normallaşdırmaq üçün tarixi imkana malikdir - Riçard Hoqland

Siyasət Materials 8 Noyabr 2021 11:41 (UTC +04:00)
Azərbaycan və Ermənistan 30 il ərzində ilk dəfədir ki, Cənubi Qafqazda vəziyyəti normallaşdırmaq üçün tarixi imkana malikdir - Riçard Hoqland

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Ermənistan 30 il ərzində ilk dəfədir ki, Cənubi Qafqazda vəziyyəti normallaşdırmaq üçün tarixi imkana malikdir.

Bunu Trend-ə ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland deyib.

Onun sözlərinə görə, nəqliyyat marşrutlarının tam açılması zaman keçdikcə regionun hər üç dövlətinin iqtisadiyyatının inkişafına gətirib çıxaracaq:

"Amma biz hələ də mürəkkəb dövrdəyik, çünki Ermənistanın mövqeyi ötən ilki müharibə nəticəsində kəskin şəkildə dəyişib. Bakı ilə Yerevan arasında möhkəm və normal münasibətlərin qurulması üçün səbir və qətiyyətlilik tələb olunur".

Minsk qrupunun sabiq həmsədri bildirib ki, hər iki ölkə liderlərinin öz vətəndaşlarını hər kəs üçün daha yaxşı gələcəyin qurulması üçün lazım olan addımlara hazırlaması həyati əhəmiyyət daşıyır: "Şəxsən mən ümid edirəm ki, ATƏT Minsk qrupu kimi neytral beynəlxalq təşkilatlar bu prosesdə vacib rol oynayacaq. Mən həm də istərdim ki, ABŞ və Avropa İttifaqı regionda ədalətli və daimi sülhün əldə olunması üçün işlərə daha çox cəlb olunsun".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti