Bakı. Trend:
ABŞ Azərbaycan və Ermənistanı sərhədin delimitasiyası və demarkasiyası məsələsini həll etməyə çağırır.
Trend-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken ATƏT üzv ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı deyib.
O qeyd edib ki, ABŞ Cənubi Qafqazda sülhün əldə olunmasını alqışlayır, amma eyni zamanda bir sıra həll olunmamış məsələlər qalır.
"Bu, ilk növbədə sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də region ölkələrinin inkişafı üçün nəqliyyat kommunikasiyalarının açılması məsələsidir. Ümid edirəm ki, birgə iş, o cümlədən Rusiya ilə əməkdaşlıqda bu məsələlərdə irəliləyiş əldə oluna bilər", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)