...

Milli Məclisin yaz sessiyası bu tarixdən başlayacaq

Siyasət Materials 3 Yanvar 2022 11:10 (UTC +04:00)
Milli Məclisin yaz sessiyası bu tarixdən başlayacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin yaz sessiyası yanvarın 15-dən başlayacaq.

Trend-in məlumatına görə, fevralın 1-ə qədər parlamentin komitə iclasları keçiriləcək, daha sonra plenar iclaslar başlayacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti