...

Şuşa Bəyannaməsi bölgənin gələcək inkişafına öz töhfəsini verəcək - Rufiz Hafizoğlu (VİDEO)

Siyasət Materials 1 Fevral 2022 18:24 (UTC +04:00)
Şuşa Bəyannaməsi bölgənin gələcək inkişafına öz töhfəsini verəcək - Rufiz Hafizoğlu (VİDEO)

Bakı. Trend:

Milli Məclisin Şuşa Bəyannaməsini təsdiq etməsi əlamətdar hadisədir. Bu, Azərbaycan və Türkiyə xalqlarının gələcəyinə öz müsbət təsirlərini göstərəcək.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişində çıxışı zamanı Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu deyib.

R.Hafizoğlu bildirib ki, bu, təkcə Azərbaycan və Türkiyə üçün deyil, ümumilikdə türk dünyası üçün olduqca əhəmiyyətli bəyannamədir.

"Şuşa Bəyannaməsinin Milli Məclis tərəfindən təsdiqi artıq növbəti mərhələdir. Bu sənəd bölgənin gələcək inkişafına öz töhfəsini verəcək. Bu gün Azərbaycan-Türkiyə münasibətləri həyatımızın bütün istiqamətlərini əhatə edir. Sözügedən bəyannamənin təsdiqi bu münasibətləri növbəti mərhələyə çıxaracaq", - deyə R.Hafizoğlu əlavə edib.

Onun sözlərinə görə, bu bəyannamə digər türk dövlətləri üçün önəmli nümunə olacaq. Beynəlxalq təcrübəyə də nəzər salsaq, Şuşa Bəyannaməsi unikal bir sənəddir.

"Bu bəyannamədə milli aspektlər var. Sənəd iki qardaş dövlət arasında imzalanmış bəyannamədir. Bu gün Ermənistanda olan faşizm meyilləri bütün region üçün təhlükəlidir. Bu səbəbdən də region dövlətləri arasında müttəfiqliyin qurulması normal haldır. ", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti