...

Ceyhun Bayramov Bağdad Amreyevlə görüşüb (FOTO)

Siyasət Materials 7 Fevral 2022 19:11 (UTC +04:00)
Ceyhun Bayramov Bağdad Amreyevlə görüşüb (FOTO)

Bakı. Trend:

7 fevral 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini qeyd edib və Türk Şurasının Katibliyinin fəaliyyətini məmnunluqla vurğulayıb. Bölgədəki cari vəziyyətlə bağlı qarşı tərəfə məlumat verən nazir, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edib. Bu xüsusda, Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin infrastrukturun qurulması prosesində iştirakının önəmli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Baş katib Bağdad Amreyev Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində aktiv fəaliyyətini və dəstəyini məmnunluqla qeyd edib. Həmçinin o, Türk Dövlətləri Təşkilatının digər beynəlxalq və regional təşkilatlar ilə əməkdaşlıq perspektivlərindən danışıb.

Görüşdə Türk Dövlətləri Təşkilatının gündəliyində olan digər məsələlər, habelə növbəti aylarda keçirilməsi nəzərdə tutulan görüşlər və tədbirlər barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti