Bakı. Trend:
Almaniya kansleri Olaf Şolts və ABŞ lideri Co Bayden arasında telefon danışığı baştutub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya hökumətinin mətbuat xidməti yayıb.
Qeyd olunur ki, söhbət zamanı iki ölkə lideri Rusiyanın Ukrayna ətrafındakı vəziyyətlə bağlı diplomatik səylərini davam etdirməyə hazır olması barədə bəyanatlarını alqışlayıb.
Tərəflər Avropanın təhlükəsizlik məsələləri üzrə konstruktiv dialoqa başlamağın, Minsk razılaşmalarını həyata keçirməyin, Almaniya və Fransanın dəstəyi ilə "Normandiya formatında" irəliləyişə nail olmağın vacibliyini vurğulayıblar.