...

Paşinyan Arazdəyən-Horadiz dəmir yolunun tikintisi barədə danışıb

Siyasət Materials 17 Fevral 2022 12:26 (UTC +04:00)
Paşinyan Arazdəyən-Horadiz dəmir yolunun tikintisi barədə danışıb

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan yaxın gələcəkdə Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənədin imzalanmasına ümid edir.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı deyib.

O bildirib ki, hazırda həmin dəmir yolunun Ermənistan hissəsinin tikintisi üzrə konkret işlər görülür.

"Texniki işlər artıq başlayıb. Yaxın gələcəkdə Azərbaycanla razılaşmaların əldə olunacağına və prosesin inkişafına ümid edirik", - N.Paşinyan deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti