...

Finlandiya NATO-ya daxil olma məsələsini müzakirə etməyə hazır olduğunu bildirib

Siyasət Materials 5 Mart 2022 03:52 (UTC +04:00)

Bakı. Trend:

Finlandiya hökuməti əhalinin bu məsələyə münasibəti dəyişdiyi üçün ölkənin NATO-ya daxil olması ilə bağlı müzakirələrə açıqdır.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu cümə günü Finlandiya prezidenti Sauli Niinistö bildirib.

Onun sözlərinə görə, vəziyyət həm Finlandiya, həm də İsveçdə dəyişib.

"İlk dəfədir ki, sorğulara əsasən, insanların əksəriyyəti NATO-ya daxil olmağın tərəfdarıdır, ona görə də biz bunu parlamentlə müzakirə etməyə hazırıq", S. Niinistö müsahibəsində qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti