...

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Siyasət Materials 12 Mart 2022 15:11 (UTC +04:00)
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Bakı. Trend:

Martın 12-si Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub.

General-polkovnik Z.Həsənov cənab H.Akarı 70 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və Türkiyə Silahlı Qüvvələrinin inkişafı naminə fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.

Tərəflər regional təhlükəsizlik, ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti